Bank Of Baku

Daşkəsəndə güclü külək evlərə və elektrik təsərrüfatına ciddi ziyan vurub, hazırda rayona qar yağır

Daşkəsəndə güclü külək evlərə və elektrik təsərrüfatına ciddi ziyan vurub, hazırda rayona qar yağır
# 16 mart 2010 08:07 (UTC +04:00)
Güclü külək nəticəsində rayondakı inzibati binaların və yaşayış evlərinə və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, güclü külək, əsasən evlərin dam örtüyünü atıb. Yaradılmış komissiya hazırda güclü küləyin vurduğu ziyanı hesablayır. Elektrik enerjisinin verilişinin bərpası üçün operativ işlər görülür.

Daşkəsən rayonunda təbiətin şıltaqlığı güclü küləklə bitməyib. Səhər saatlarından etibarən rayona qar yağmağa başlayıb. Qarın yağması bu saatlarda da davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR