Bank Of Baku

Bu il Sumqayıtda 40 min ağac əkilməsi nəzərdə tutulur

Bu il Sumqayıtda 40 min ağac əkilməsi nəzərdə tutulur
# 16 mart 2010 08:25 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Bu il Azərbaycanın Sumqayıt şəhərində 40 min ağac əkilməsi nəzərdə tutulur.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə “Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri” mövzusunda keçirilən yığıncaqda Sumqayıt şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsinin rəisi İlyas Həsənov bildirib.

İ.Həsənovun sözlərinə görə, cari ilin ötən iki ayı ərzində şəhər ərazisində 14 min müxtəlif sort ağac əkilib. Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26,5 kv. metr təşkil edir ki, bu da Azərbaycan şəhərlərinin orta göstəricisindən yüksəkdir. Göstəricinin 2 dəfə artırılaraq 50 kv. metrə çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR