Bank Of Baku

Azərbaycanın təhsil naziri tələbələrin xaricə qaçırılması barədə məlumatlara münasibət bildirib

Azərbaycanın təhsil naziri tələbələrin xaricə qaçırılması barədə məlumatlara münasibət bildirib
# 16 mart 2010 08:30 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələrinin xaricə qaçırılmaları ilə bağlı sualın cavabında deyib. Təhsil naziri buna misal olaraq, ADNA-nın 5 tələbəsinin 10 gündür, dərslərə davam etmədiyi barədə ona məlumat verildiyini bildirib: “Hər ali təhsil müəssisəsinin daxili qaydası var ki, uzun müddət üzrsüz dərs buraxan tələbəni ali məktəbdə xaric etsin. Akademiyanın rektoru mənə dedi ki, həmin tələblərdən üçünü artıq ali məktəbdən xaric edib, iksi ilə bağlı araşdırma aparılır. Onlardan birinin qardaşı rektorun yanına gələrək, qardaşının harada olduğunu, İrana, yaxud başqa ölkəyə getdiyini bilmədiyini deyib”.

M. Mərdanov bununla bağlı ciddi ajiotaj yaratmağa ehtiyac olmadığını da vurğulayıb: “Ola bilər ki, bir tələbə on günlük bir yana getsin. Əgər tələbənin dərslərə gəlmədiyi müddət onun ali məktəbdən çıxarılmasına gətirib çıxaracaqsa, biz onu xaric edəcəyik. Hazırda bütün bunlar araşdırılır. Bu günə olan məlumat bu qədərdir”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetində Bakı Dövlət Universitetinin 5, Azərbaycan Dövlət Neft Akademiyasının isə 3 tələbəsinin xaricə qaçırılması barədə məlumat dərc olunub. Məlumatda bildirilir ki, Xaqani, Vasif, Samir və Xəqan adlı tələbələr vəhabi təriqətinin üzvü olublar. Əslən Şəkidən olan Vasif İrandan otaq yoldaşlarına zəng vuraraq, ərəb ölkələrindən birinə aparıldıqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR