Bank Of Baku

Misir Mərdanov Bakıda yanan məktəb binasının bərpa olunması ilə bağlı baş nazirə müraciət edib

Misir Mərdanov Bakıda yanan məktəb binasının bərpa olunması ilə bağlı baş nazirə müraciət edib
# 16 mart 2010 08:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, bu gün baş nazirə göndərilən məktubda yanan orta məktəbin bərpası üçün vəsait lazım olduğu qeyd edilib: “Yəqin ki, müvafiq vəsait ayrılacaq və biz həmin məktəbi bərpa edəcəyik”.

M. Mərdanov deyib ki, həmin orta məktəbdə təhsil alan şagirdlər yaxınlıqdakı peşə məktəblərində və orta məktəblərdə yerləşdiriləcəklər.

Qeyd edək ki, 67 saylı orta məktəbdə martın 10-da yanğın baş verib. Yanğın məktəb binasının 500 kvadrat metr ərazisini əhatə edib. Əsasən binanın tavanına ciddi ziyan dəyib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Məktəbin direktoru İradə Bayramova jurnalistlərə açıqlamasında 3 mərtəbəli binanın 3-cü mərtəbəsinin tamamilə sıradan çıxdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR