Bank Of Baku

Bakıdakı bəzi orta məktəblərə yeni direktorlar təyin olunub

Bakıdakı bəzi orta məktəblərə yeni direktorlar təyin olunub
# 16 mart 2010 09:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yol verdikləri nöqsanlara görə direktorları işdən çıxarılan 10 orta məktəbin bəzilərinə yeni direktorlar təyin olunub. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, məktəb direktoru vəzifəsinə öz namizədliyini irəli sürən şəxslər də çoxdur: “Bəzi adamlar deyirlər ki, məni direktor təyin edin. Çox qəribədir ki, adam özü-özünü vəzifəyə təyin etmək istəyir. Məktəb direktoru olmaq üçün ilk növbədə orta məktəbdə müəyyən müddət çalışmaq, məktəbin problemlərini bilmək, onun idarə edilməsində bilavasitə iştirak etmək lazımdır. Həmin adam heç olmasa bir müddət məktəb direktorunun müavini işləməlidir. Biz həmin şəxslərdən nazirlikdə imtahan götürürük. Kim imtahandan uğurla çıxacaqsa, onların məktəb direktoru təyin olunmasına razılıq verəcəyik”.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən müraciətlər əsasında yol verdikləri nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37, 228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 saylı orta məktəblər) direktoru vəzifəsindən azad edilib, 5 məktəb direktoruna isə (38, 151, 139, 94 və 270 saylı məktəblər) töhmət verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR