Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi ilə “Hilfsweerk Austria” təşkilatı arasında qrant sazişi imzalanıb

Azərbaycan Təhsil Nazirliyi ilə “Hilfsweerk Austria” təşkilatı arasında qrant sazişi imzalanıb
# 16 mart 2010 10:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsweerk Austria” beynəlxalq təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə qrant sazişi imzalanıb. APA-nın məlumatına görə, sazişi təhsil naziri Misir Mərdanov və “Hilfsweerk Austria” təşkilatının prezidenti Franz Çeska imzalayıblar.

İmzalanma mərasimində çıxış edən M. Mərdanov bildirib ki, sazişin əsas məqsədi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyi ilə “Hilfsweerk Austria” təşkilatı arasında əməkdaşlığın qurulmasıdır. Layihə Avropa Komissiyasının Azərbaycana ayırdığı 640 min 770 avroluq vəsait hesabına maliyyələşdiriləcək. Layihə çərçivəsində görüləcək işlər hər iki tərəfin birgə hazırladığı fəaliyyət planına əsasən 3 il ərzində yerinə yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR