Bank Of Baku

Cəbhə bölgəsindəki hərbi hissədə Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO

Cəbhə bölgəsindəki hərbi hissədə Novruz bayramı ilə bağlı tədbir keçirilib - <font color=red>FOTO</font>
# 16 mart 2010 11:30 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Azərbaycan Ordusunun Ağdam istiqamətində yerləşən «N» saylı hərbi hissəsində Novruz bayramı münasibətilə tədbir keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hərbi hissə ərazisində bayram tonqalı qalanıb, konsert proqramı təşkil olunub. Laçın rayon ictimaiyyəti adından hərbi hissədə qulluq edən əsgərlərə bayram sovqatları təqdim olunub. Laçın rayonundan olan şəhid, Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin atası Umud Mehdiyev hərbiçilərə televizor hədiyyə edib. Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR