Bank Of Baku

BAMF ilə Almaniya Universiteti arasında memorandum imzalanıb

BAMF ilə Almaniya Universiteti arasında memorandum imzalanıb
# 16 mart 2010 12:50 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Almaniyanın Eberhard Karls adına Tübingen Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial və mədəni antropologiya fakültəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. BAMF-ın sədri Umud Rəhimoğlu APA-ya bildirib ki, bir müddət əvvəl aparılan danışıqlar bu memorandumun imzalanması ilə nəticələnib. U. Rəhimoğlu tərəflərin bu memorandumla öz üzərlərinə bir çox öhdəliklər götürdüyün deyib: “Beynəlxalq Avrasiya Mətbuat Fondu və Almaniyanın Eberhard Karls adına Tübingen Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial və mədəni antropologiya fakültəsinin rəhbərliyi təhsil sahəsində mübadilənin faydalı olmasını tanıyır və təcrübə keçmək sahəsində əməkdaşlığın hər iki tərəf üçün maraqlı olması faktı ilə razıdırlar. Hər iki tərəf birgə fəaliyyət sahələrinin xüsusiyyətlərini özündə əks etdirən bu Anlaşma Memorandumuna daxil olur”.
Üç il müddətinə imzalanmış memoranduma əsasən, sosial və mədəni antropologiya fakültəsi BAMF-da iş təcrübəsi keçməkdə maraqlı olan tələbələri müəyyənləşdirib onların səfərlərini təşkil edəcək. BAMF isə müntəzəm olaraq gələn tələbələri təcrübə keçmək üçün qəbul etməyi öz öhdəsinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR