Bank Of Baku

Tiflisdə “Xərçəngin erkən müəyyən edilməsi və ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir

Tiflisdə  “Xərçəngin erkən müəyyən edilməsi və ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
# 16 mart 2010 13:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə BMT-nin dəstəyi ilə “Xərçəngin erkən müəyyən edilməsi və ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans işə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, beynəlxalq konfrans Gürcüstanın birinci xanımı Sandra Ruolfs Saakaşvilinin təşəbbüsü ilə baş tutub. Tədbirdə Azərbaycan, Ermənistan, Ukrayna, Gürcüstan, Türkiyədən nümayəndələr iştirak edir. Tədbirdə Azərbaycanı Milli Onkologiya Mərkəzinin ginekologiya departamentinin müdiri Natəvan Nəbiyeva və BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Fərid Babayev təmsil edirlər.

İki günlük beynəlxalq konfransda fikir mübadiləsi aparılacaq, konsepsiya qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR