Bank Of Baku

Daxili İşlər Nazirliyinin nümayəndələri Novruz bayramı ilə bağlı qaçqın və məcburi köçkünlərlə görüşüblər

Daxili İşlər Nazirliyinin nümayəndələri Novruz bayramı ilə bağlı qaçqın və məcburi köçkünlərlə görüşüblər
# 16 mart 2010 13:53 (UTC +04:00)
Bakı-APA. Novruz bayramı ərəfəsində daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri Sabirabad rayonundakı Şəhriyar köçkün düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir müavini doğma yurd yerlərindən erməni təcavüzü nəticəsində didərgin düşmüş insanları DİN rəhbərliyi, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından bayram münasibətilə təbrik edib.
Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatlıq vəsaitin 40 min manatı Sabirabadda məskunlaşan şəxslərə çatdırılıb. Toplanılan vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkünlərə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR