Bank Of Baku

Azərbaycanın universitet tələbələrinin birgə iştirakı ilə Novruz tədbiri keçiriləcək - FOTO

Azərbaycanın universitet tələbələrinin birgə iştirakı ilə Novruz tədbiri keçiriləcək - <font color=red>FOTO</font>
# 16 mart 2010 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 18-19-da Azərbaycanın universitet tələbələrinin birgə iştirakı ilə Novruz tədbiri keçiriləcək. İki günlük tədbirin təşkilatçısı “Flame production”un rəhbəri Rüfət Hüseynovun APA-ya verdiyi məlumata görə, Novruz tədbiri “Platinium klub”da baş tutacaq. Tədbirdə Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Beynəlxalq Universitetlərinin, tələbə gənclər təşkilatlarının təşkilatçılığı ilə təhsil ocaqlarının tələbələri bir araya gələcəklər. R. Hüseynov qeyd edib ki, adı çəkilən universitetlərlə yanaşı başqa universitetlərin tələbələri də bayram tədbirinə qatıla bilər: “Bu layihəni keçirməkdə məqsədimiz universitetlərarası əməkdaşlıq yaratmaqdır. Tədbirdə hər universitetin tələbələri xüsusi bacarıqlarını göstərərək sponsorlar tərəfindən maraqlı hədiyyələr qazanacaqlar. Eyni zamanda tələbələrarası oyunlar keçiriləcək. Gitara və skripkanın müşayiəti ilə birgə karaoke oxumalar, daha maraqlı və sürprizli oyunlar tədbirə rəngarənglik qatacaq”. Təşkilatçı qeyd edib ki, gecənin qonaqları arasında dj-lər olacaq. Tədbirdə keçirilən oyunlarda qalib gələnlərə “DNS Computers”, “Advertising Zone” şirkətlərinin maraqlı hədiyyələri və şəhərin mərkəzində bayram ərəfəsində restoranlarda 2 nəfərlik şam yeməkləri üçün kupon hədiyyə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR