Bank Of Baku

Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb

Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb
# 16 mart 2010 19:37 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Prezidenti İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın «Azərtac» agentliyinə istinadən verdiyi məlumata görə, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı da verilib.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətə başlamasının 90 ili 2010-cu ilin iyun ayında tamam olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR