Bank Of Baku

Bakıda “Müasir Şərqin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli” mövzusunda ümumrespublika elmi-nəzəri konfransı keçirilir

Bakıda “Müasir Şərqin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli” mövzusunda ümumrespublika elmi-nəzəri konfransı keçirilir
# 17 mart 2010 08:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşəbbüsü ilə “Müasir Şərqin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli” mövzusunda 2 günlük ümumrespublika elmi-nəzəri konfrans başlayıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib ki, hazırda şərq ölkələrində mürəkkəb proseslər gedir və onları tam öyrənib qiymətləndirmək lazımdır.

Fəlsəfə elmləri namizədi Esmiralda Həsənova “Müasir Türkiyədə ictimai-siyasi vəziyyət, millətçilik və islam” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda iqtisadiyyat elmləri namizədi Əkrəm Rəhimli Azərbaycan – İran iqtisadi əlaqələri, tarix elmləri namizədi Fərda Əsədov “Azərbaycanla qonşu Yaxın Şərq ölkələrində siyasi islam və islam transformasiyası” mövzusunda məruzə ilə çıxış edəcək. Ümumilikdə, iki gün davam edəcək konfransda 54 məruzənin edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR