Bank Of Baku

Azərbaycan ərazisində yağmurlu hava şəraiti proqnozlaşdırılır, bəzi rayonlarda qar yağacaq

Azərbaycan ərazisində yağmurlu hava şəraiti proqnozlaşdırılır, bəzi rayonlarda qar yağacaq
# 17 mart 2010 09:08 (UTC +04:00)
Şimal küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz 6-8, axşam 4-6 dərəcə isti olacaq.

Martın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək.
Gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 19-da havanın buludlu olacağı, gecə və səhər yağış yağacağı, gündüz havanın açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 20-də havanın buludlu olacağı, arabir açılacağı, yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 18-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam ayrı-ayrı rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Arabir intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı rayonlarda güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Martın 19-20-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı rayonlarda intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR