Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edib

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edib
# 17 mart 2010 10:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə hər jurnalistin yalnız bir məqaləsi qəbul edilir. Məqalələr 2010-cu ilin mart, aprel, may və iyun aylarında gündəlik qəzetlərdə, eləcə də media məkanının aparıcı informasiya saytlarında çap edilməli və aşağıdakı qeydlə müşayiət olunmalıdır: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılması həsr olunmuş jurnalistika müsabiqəsində iştirak üçün”.
Məqalə 7-10 min kompüter işarəsi həcmində olmalıdır. Məqalənin mətbuatda çap olunan və ya elektron saytda verilən variantında müəllifin imzası vacibdir. Başqa müsabiqələrdə iştirak etmiş yazılar müsabiqəyə qəbul olunmur. Jurnalistlər müsabiqəyə məqalənin çap edildiyi mətbu orqanın 1 nüsxəsi və ya elektron saytdan çıxarılmış surətini, mətbuatda çap edilmiş varianta adekvat olan 3 nüsxə məqalənin əlyazmasını (müəllif imzası olmadan), elektron variantını, şəxsiyyət vəsiqəsinin surətini, jurnalistin KİV-də çalışması haqda müvafiq arayışı, VÖEN surətini (əsas mükafatı alarkən jurnalist öz adına olan kassa-mədaxil orderi verməlidir) təqdim etməlidir.

Müsabiqə üzrə 6 əsas mükafatın verilməsi nəzərdə tutulur. 2 I yerin hər biri üçün 1000 AZN, 2 II yerin hər biri üçün 800 AZN, 2 III yerin hər biri üçün 500 AZN mükafat təyin olunub. Bunlardan əlavə jurnalistlərə hər biri 100 AZN məbləğində 10 həvəsləndirici mükafat veriləcək. İddiaçılar məqalə və sənədlərini elanın mətbuatda verildiyi tarixdən iyulun 1-dək Şuranın katibliyinə təqdim edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR