Bank Of Baku

Bərdədə məktəblilər arasında səhiyyə mövzusunda regional festival keçirilib

Bərdədə məktəblilər arasında səhiyyə mövzusunda regional festival keçirilib
# 17 mart 2010 11:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Böyük Britaniyanın OXFAM Beynəlxalq Təşkilatının, Avropa Birliyinin və Midikor Fondunn dəstəyi ilə Aran Humanitar Regional İnkişaf Təşkilatı (Aran HRİT) bu gün Bərdə şəhərində səhiyyə mövzusuna həsr olunmuş regional festival (bilik yarışı) keçirib. APA-nın məlumatına görə, festival Aran HRİT-in və Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinin birgə həyata keçirdiyi “Sağlam icmaların inkişafı” layihəsi çərçivəsində reallaşmışdır. Festivalın keçirilməsində məqsəd məktəblilər arasında səhiyyənin vacib mövzuları, o cümlədən ilkin səhiyyə və sağlamlıq haqqında bilikləri inkişaf etdirməkdir. Festivalda layihənin həyata keçirildiyi Bərdə, Tərtər, Oğuz, Goranboy, Yevlax və Ağdam rayonlarının 41 icmalarının məktəbliləri (9, 10 və 11-ci sinif şagirdləri) iştirak ediblər. Ümumilikdə səhiyyə festivalında 200-ə yaxın məktəbli iştirak edib. Səhiyyə festivalında Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyasının və Gənclərin İntellektual İnkişafı Mərkəzinin təşkil etdiyi səhiyyə mövzusuna həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

Aran HRİT-in icraçi direktoru Rauf Əliyev festivalın keçirilməsinin əhəmiyyəti haqqında danışaraq bildirmişdir ki, layihənin məqsədi 41 icmada ilkin səhiyyə xidmətlərinə çıxışı yaxşılaşdırmaq və əhalinin ilkin səhiyyə biliklərini artırılmaqdır.

Gənclər və İdman Nazirliyinin Bərdə rayon şöbəsinin rəisi Anar Şahbazov çıxış edərək bildirib ki, bu tip tədbirlər gənclərin intellektual biliklərinin artırılmasına böyük töhfə verir. O, eyni zamanda belə tədbirlərin ölkədə həyata keçirilən inkişaf proqramlarına son dərəcə yardımçı olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR