Bank Of Baku

Azərbaycan istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tədbirləri gücləndirəcək

Azərbaycan istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tədbirləri gücləndirəcək
# 17 mart 2010 12:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakıçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkədə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin səmərəliliyinin artırılması üçün daha əhatəli və təsirli üsullar tətbiq ediləcək.

Dövlət Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, nəzərdə tutulmuş tədbirlər sırasına bazara keyfiyyətsiz və təhlükəli malların çıxarılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi, malların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laborator müayinələrin əhatə dairəsinin genişləndirilməsi və nəticələrə uyğun olaraq operativ tədbirlərin görülməsi, həmçinin, qanun pozuntusu aşkar olunmuş sahələrdə nəzarətin gücləndirilməsi və müəyyən dövrdən bir onların təkrar laborator müayinələrin aparılması, Dövlət Xidmətinin «Qaynar Xətt» nömrələrinə, elektron poçt ünvanına, həmçinin Nazirliyin «195-2 Telefon məlumat mərkəzi»nə müraciətlərin artırılması məqsədilə istehlakçılar arasında zəruri təbliğat və təşviqat işlərinin aparılması daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR