Bank Of Baku

Ağdamın Ergi düzündə 20-dən çox mina alışdırıcısı tapılıb

Ağdamın Ergi düzündə 20-dən çox mina alışdırıcısı tapılıb
# 17 mart 2010 13:32 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamın Ergi düzündə Şuşa yatağı kimi tanınan ərazidə 20-dən çox mina alışdırıcısı tapılıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-nın Qarabağ bürosuna verilən məlumata görə, aşkarlanmış alışdırıcılar TM-62 markalı tank əleyhinə minalar üçün nəzərdə tutulur və onların hamısının mövcud vəziyyəti olduqca təhlükəli hesab edilir. Partlayıcı qurğuları sözügedən ərazidə təmizləmə əməliyyatı aparan minaaxtaranlar müəyyən edərək götürüblər. Döyüş sursatları mütəxəssislər tərəfindən təhlükəsiz əraziyə aparılıb. Sabah mina alışdırıcılarının partladılmaqla zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR