Bank Of Baku

Astaranın Ojakəran kəndinə təbii qazın verilişi bərpa olunub

Astaranın Ojakəran kəndinə təbii qazın verilişi bərpa olunub
# 17 mart 2010 15:56 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. On beş illik fasilədən sonra Azərbaycanın Astara rayonunun Ojakəran kəndinə təbii qazın verilişi bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu gün kənddə rayonun icra strukturlarının və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə ilkin mərhələdə 451 mənzilə mavi yanacağın verildiyi qeyd olunub. Kəndə təbii qazın verilməsi məqsədilə 4,5 kilometr orta təzyiqli, 6 kilometr aşağı təzyiqli qaz xətləri təmir edilib. Hələlik 120 abonent üçün sayğac quraşdırılıb. Tədbirdə o da bildirilib ki, Astara rayonunda təbii qazla təmin edilən kəndlərin sayı 10-a, abonentlərin sayı isə 6200-ə çatıb. Bu ildə rayonun daha 2 yaşayış məntəqəsinə təbii qazın nəqlinin bərpa olunacağı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR