Bank Of Baku

Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20 milyon manat vəsait ayrılıb

Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20 milyon manat vəsait ayrılıb
# 17 mart 2010 17:20 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti Bakı şəhərində abadlıq işlərinin maddi təminatı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) milyon manat məbləğində vəsait ayrılır.

Azərbaycan Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR