Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 2% artıb

Yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 2% artıb
# 18 mart 2010 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1% artaraq 298,2 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, peşə, elmi və texniki fəaliyyət, tikinti və informasiya və rabitə sahələrində orta aylıq əmək haqqı daha yüksək olub.

Qeyd edək ki, 2010-cu ilin yanvar ayında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 1,1 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilb, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahələrində, habelə informasiya və rabitədə çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 169,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 290,3 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR