Bank Of Baku

Göyçayda 1500 hektar taxıl sahəsi gəmiricilərin hücumuna məruz qalıb

Göyçayda 1500 hektar taxıl sahəsi gəmiricilərin hücumuna məruz qalıb
# 18 mart 2010 07:20 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay rayonunun 5 kəndində 1500 hektar taxıl sahəsinə siçanabənzər gəmiricilər hücum edib. APA-nın yerli bürosunun məlumatına görə, rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri fevral-mart aylarında böyük taxıl sahələrinin mövcud olduğu Qaraməryəm, İnçə, Qarabaqqal, Aşağı Qaraməryəm və Bığır kəndlərindəki taxıl sahələrinə baxış keçiriblər. 1500 hektar sahədə siçanabənzər gəmiricilərin işlək yuvaları aşkar edilib. Gəmiricilərin əkin sahələrinə ziyan vurduğu müşahidə olunub və mübarizə tədbirlərinə başlanılıb. Artıq 500 hektar taxıl sahəsində sink-fosfid preparatı ilə dərmanlama işləri görülüb. Gəmiricilərə qarşı mübarizə işləri martın sonunadək başa çatdırılacaq.

Qeyd edək ki, bu il rayonda 13 min 735 hektar sahədə taxıl əkini aparılıb ki, bu da əvvəlki ildəkindən 3100 hektar azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR