Bank Of Baku

Dəmiryolçular ağacəkmə kampaniyası keçirib

Dəmiryolçular ağacəkmə kampaniyası keçirib
# 18 mart 2010 08:19 (UTC +04:00)
Bakı – APA-Economics. “Azərbaycan Dəmir Yolları» (ADY) QSC-nin kollektivi Baş Sumqayıt-Güzdək mənzilinin 2623-cü kilometrində ağacəkmə kampaniyası keçirib.

Bu barədə “APA-Economics”ə ADy mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.

2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi ilə bağlı keçirilən tədbirdə 10 saylı İDM-nin, Şirvan yol distansiyasının, Bakı və Biləcəri lokomotiv depolarının, Keşlə və Biləcəri stansiyalarının, Keşlə və Biləcəri vaqon depolarının, Biləcəri yuyucu-buxarlayıcı stansiyasının kollektivləri iştirak ediblər. Dəmiryolçular təhkim zolağında 1500 şam ağacı əkmiş, ərazidə abadlaşdırma işləri görüblər.

Xatırladaq ki, ADY QSC-nin sədri Arif Əsgərov «Sağlam ətraf mühit, təmiz hava, təmiz su” müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Ekologiya İli” elan olunmuş 2010-cu il üçün ADY QSC-nin ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunmasına dair Tədbirlər Proqramını təsdiq edib.

Yaşıllaşdırma kampaniyaları Tədbirlər Proqramına əsasən mütəmadi olaraq keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR