Bank Of Baku

Novruz şənlikləri ilə əlaqədar Azərbaycan paytaxtında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Novruz şənlikləri ilə əlaqədar Azərbaycan paytaxtında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 18 mart 2010 09:22 (UTC +04:00)
Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, BŞBPİ Dövlət Yol Polisi İdarəsinin (DYPİ) rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Həsən Şirinov əmr imzalayıb. DYPİ-dən APA-ya daxil olan məlumatda bildirilir ki, əmrə əsasən, martın 20-də Bakı şəhərində beynəlxalq “Novruz Bayramı” münasibətilə keçiriləcək tədbir zamanı əhalinin xoş əhval-ruhiyyəsini qorumaq və təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın aşağıda qeyd edilən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti 19.03.2010-cu il saat 24.00-dan 20.03.20010-cu il saat 16.00-dək tam məhdudlaşdırılacaq:

- Yusif Səfərov küçəsindən başlayaraq Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti, sağa Zərifə Əliyeva küçəsi, sola Rəsul Rza küçəsi, sağa Neftçilər prospekti-Əziz Əliyev küçəsi, Azneft meydanı, Bakı Gəmi Təmiri Zavodunun qarşısına qədər, oradan sola “Əl oyunları” sarayı, Milli Park da daxil olmaqla dəniz limanınadək qapanan dairə daxilində bütün növ nəqliyyat hərəkəti qadağan olunacaq;

- Əlavə olaraq, hərəkət istiqamətləri Teleteatrın qarşısından N. Nərimanov abidəsi tərəfə, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Gənclər meydanı, “Qoşa Qala” qapısından isə “5 mərtəbə” tərəfə dəyişdiriləcək;

- Səbail meydanı tərəfdən gələn nəqliyyat vasitələri Bakı Gəmi Təmiri Zavodunun qarşısından geri qaytarılacaq;

- Bayıldan “Gülüstan” sarayı və “40 pilləkən” tərəfə nəqliyyatın hərəkəti dayandırılacaq;

- Cavanşir körpüsündən gələrək Üzeyir Hacıbəyovla hərəkət edən nəqliyyat vasitələri yalnız sağa - R. Behbudov küçəsinə yönəldiləcək;

- Azadlıq prospekti, Bülbül prospekti, Səməd Vurğun küçəsi ilə “Milli Park” istiqamətinə nəqliyyat vasitələri buraxılmayacaq. Bu küçələrlə hərəkət edən nəqliyyat vasitələri R. Behbudov, Füzuli və S. Əsgərova küçələrindən geri qaytarılacaq;

DYPİ sürücülərdən öz rahatlıqlarını təmin etmək məqsədilə elanda qeyd olunan sxem üzrə hərəkət etmələrini, qadağan olunan yerlərdə nəqliyyat vasitələrindən istifadə etməmələrini, bu müddətdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunmasını xahiş edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR