Bank Of Baku

Novruz bayramı günlərində İçərişəhərdə “Meydan Bazarı” təşkil ediləcək

Novruz bayramı günlərində İçərişəhərdə “Meydan Bazarı” təşkil ediləcək
# 18 mart 2010 11:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Novruz bayramında “Meydan Bazarı” mədəni-kütləvi tədbirlər silsiləsi təşkil edəcək. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, milli tətbiqi sənətin dəstəklənməsi, Azərbaycan mədəniyyətinin və tarixinin təbliği, bayram günlərində İçərişəhərdə mənalı vaxt keçirilməsi üçün şəraitin yaradılması məqsədi ilə təşkil olunan “Meydan Bazarı” martın 21-dən başlamaqla 3 gün ərzində saat 11.00-dan 18.00-a qədər keçiriləcək. Keçiriləcək konsert proqramlarının əksəriyyəti Qız Qalasının ətrafında, digər əyləncəli tədbirlər və yarmarka Qoşa Qala Qapıları Meydanında olacaq. Bayram konsertlərində Dövlət Nəfəs Alətləri Orkestri, Xalq Çalğı Alətləri Ansamblı, aşıq və caz qruplarının, digər musiqi kollektivlərinin çıxışları planlaşdırılır. Müxtəlif müsabiqələr, pəhləvanların və sehrbazların çıxışları, milli tətbiqi sənət məhsullarının və suvenirlərin sərgi-satışı, milli yeməklərin və içkilərin təqdim olunduğu kafenin təşkili, bədii və tarixi personajların bu dəfə daha geniş tərkibdə qədim şəhərin küçələrində təmsil olunması bayram əhval-ruhiyyəsinin daha da artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR