Bank Of Baku

Moskvada 14 millət Novruzu qeyd edir

Moskvada 14 millət Novruzu qeyd edir
# 18 mart 2010 11:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Rusiyanın paytaxtı Moskva şəhərində 14 millət Novruz bayramını qeyd edir”. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Anjela Matiyeva Novruz bayramının BMT Baş Assambleyasında Beynəlxalq Gün elan olunması ilə bağlı keçirilən görüşdə deyib. Novruzun insanları, millətləri birləşdirən, barışdıran bayram olduğunu söyləyən diplomat, bu qərarın qəbulunun çox sevindirici olduğunu bildirib. O, martın 17-də Moskva ətrafında yerləşən Domodedovo şəhərində yaşayan azərbaycanlılar tərəfindən bayram tədbirinə start verildiyini açıqlayıb: “Rusiyanın bir çox şəhərlərində də bayram qeyd olunur. Samarada bu bayram təntənəli şəkildə 45 mindən çox azərbaycanlı tərəfindən qeyd edilir”.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Şamil Stamkulov isə ölkəsinin müstəqillik qazandıqdan sonra millətlərin birgə yaşam modelini formalaşdırdığını vurğulayıb. Diplomat Novruz bayramının xalqlar və dinlərarası dialoq üçün əlavə stimul olduğuna diqqət çəkib.

Politoloq Rasim Ağayev Novruzla bağlı BMT-nin qəbul etdiyi qərarın siyasi qərardan çox, humanist qərar olduğunu deyib. O, Azərbaycanda bu bayramın qədim tarixə malik olduğunu, lakin rəsmən keçən əsrin 60-cı illərində ölkə rəhbərlərindən biri olmuş Şixəli Qurbanov tərəfindən təşkil olunaraq keçirildiyini xatırladıb: “Mən həmin gün Azərbaycan radiosunun müxbiri kimi Qız Qalasından reportaj verirdim”.

Görüşdə bildirilib ki, Novruz bayramı bütün dünyada 200 milyon insan tərəfindən qeyd edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR