Bank Of Baku

“Milli qanunvericilikdə səhiyyə islahatları – Ailə həkimi: Reallıqlar, problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

“Milli qanunvericilikdə səhiyyə islahatları – Ailə həkimi: Reallıqlar, problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib
# 18 mart 2010 13:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Milli qanunvericilikdə səhiyyə islahatları – Ailə həkimi: Reallıqlar, problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də uğurlu islahatların aparıldığını deyib. Onun sözlərinə görə, bu islahatlar səhiyyənin maddi-texniki bazasının, yeni səhiyyə ocaqlarının infrastrukturunun inkişafında, kadr potensialının güclənməsində, eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsində özünü göstərir: “Əhaliyə göstərilən ilkin səhiyyə xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün “Ailə həkimi” çox vacib mexanizmdir. Azərbaycanda səhiyyə sahəsində gedən islahatlar bu prioritet əsasında aparılır. Bu prioritetlər milli qanunvericilikdə səhiyyəyə aid qanunların təkmilləşdirilməsini tələb edir”.

M. İbrahimqızı dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da, “Ailə həkimi” mexanizminin tətbiq olunmasına başlandığını deyib: “Səhiyyə Nazirliyindən aldığımız məlumata görə artıq “Ailə həkimi” ştatları da ayrılmaqdadır. Sadəcə olaraq, biz məsələnin qanunvericilik tərəfini həll etməli, bu sahədə qanunlarımızda tələb olunan dəyişiklikləri həyata keçirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR