Bank Of Baku

Azərbaycanın Küveytdəki səfirliyində Novruz Bayramı qeyd edilib

Azərbaycanın Küveytdəki səfirliyində Novruz Bayramı qeyd edilib
# 18 mart 2010 14:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın Küveytdəki səfirliyi “Ərəb-Qərb münasibətləri” adlı tədqiqat mərkəzinin təşkilatçılığı ilə Küveytdə Novruz bayramı keçirib. Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən məlumata görə, 200-dən artıq qonağın qatıldığı tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporası, Küveytdə fəaliyyət göstərən universitet və digər ali təhsil müəssisələrinin müəllim kollektivi və tələbələri, Küveytdə yaşayan Mərkəzi Asiya dövlətlərinin icma üzvləri biznesmenlər iştirak ediblər.
Tədbiri açan səfir Şahin Abdullayev Azərbaycan xalqının ən qədim bayramlarından olan Novruz, ona məxsus adət-ənənələr, Novruz mətbəxi haqqında tədbir iştirakçılara geniş məlumat verib.
Ş. Abdullayev Azərbaycanın təklifi ilə bu ilin fevralında BMT Baş Assambleyası tərəfindən “Beynəlxalq Novruz günü” adlı qətnamənin qəbul edildiyini və beynəlmiləl xarakter alan Novruzun sivilizasiyalar və mədəniyyətlərarası dialoqa xidmət etdiyini vurğulayıb.

“Ərəb-qərb münasibətləri” tədqiqat mərkəzinin direktoru İbrahim Ədsani Azərbaycanın mədəniyyətinə vurğun olduğunu qeyd edərək, saflıq və yenilik rəmzi olan Novruzun öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR