Bank Of Baku

Azərbaycan məktəblərində rus dilinin dərindən öyrənilməsinə dair tədbirlər planı imzalanıb

Azərbaycan məktəblərində rus dilinin dərindən öyrənilməsinə dair tədbirlər planı imzalanıb
# 18 mart 2010 14:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Təhsil Nazirliyi ilə Rusiyanın Azərbaycandakı səfirliyi və “Rossotrudniçestvo” təşkilatının nümayəndəliyi arasında 2010-cu ildə Azərbaycan məktəblərində rus dilinin dərindən öyrənilməsinə dair birgə tədbirlər planı imzalanıb. APA-nın məlumatına görə, sənədi təhsil nazir Misir Mərdanov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin imzalayıblar. Bu layihə Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanıb, Bakı, Sumqayıt və Abşeronun 50 pilot məktəbində həyata keçirilir.

Misir Mərdanov bildirib ki, bu təhsil ilindən pilot məktəblərdə yeni proqramın tətbiqinə başlanıb, ilin sonunda görülən işi monitorinqi aparılacaq, onun səmərəliliyi öyrəniləcək. Yeni proqram pilot məktəblərin 1-ci və 5-ci siniflərində tətbiq olunur, gələn il 2-ci və 6-cı siniflərdə tətbiq olunmaq planlaşdırılır. Nazir həmçinin təklif edib ki, gələcəkdə Rusiya tərəfindən ayrılan 100 təqaüddən 10-u həmin pilot məktəblərin məzunlarına verilsin.

Səfir V. Doroxin bu istiqamətdə Azərbaycana istənilən köməyin ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR