Bank Of Baku

Samuxda əsaslı təmir olunmuş uşaq bağçasının açılışı keçirilib

Samuxda əsaslı təmir olunmuş uşaq bağçasının açılışı keçirilib
# 14 aprel 2010 15:11 (UTC +04:00)
Samux. Ayxan Hüseynov - APA. Bu gün Samux rayonunun Çoban-Abdallı kəndində əsaslı təmir olunmuş kənd uşaq bağçasının açılışı keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, uşaq bağçasının təmiri və avadanlıqla təchizatı bp şirkəti və tərəfdaşları tərəfindən maliyyələşdirilib. Bu layihə icma mikrolayihələrinin idarə edilməsi layihəsi çərçivəsində “Ümid” Humanitar Sosial Dayaq Mərkəzi və “Birlik” Maarifçilik Cəmiyyətinin Gəncə Regional Təkilatı və “Azərbaycan Maarifçi Gənclər” təşkilatı tərəfindən birgə həyata keçirilib.
Açılış mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, bp şirkətinin nümayəndələri və digər təşkilatların təmsilçiləri iştirak edib.

bp nümayəndəsi Elmira Rəhimova çıxış edərək şirkət adından Çoban-Abdallı kənd icmasını bağçanın əsaslı təmir olunması münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, bp və tərəfdaşları 2004-cü ildən başlayaraq indiyədək Samux rayonunun müxtəlif icmalarında məktəb binası və məktəb binasınd aəlavə sinif otaqlarının tikilməsi, yol çəkilməsi və təmiri, su təchizatı sisteminin çəkilməsi, tibb məntəqəsi və uşaq bağçasının təmiri kimi 23 layihə həyata keçirib.

Qeyd edək ki, 1962-ci ildə tikilmiş bağçada indiyə kimi təmir işləri aparılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR