Bank Of Baku

Azərbaycan təhsil naziri bir təhsil müəssisəsinin ay ərzində mühafizəsi üçün lazım olan vəsaitin miqdarını açıqlayıb

Azərbaycan təhsil naziri bir təhsil müəssisəsinin ay ərzində mühafizəsi üçün lazım olan vəsaitin miqdarını açıqlayıb
# 15 aprel 2010 13:13 (UTC +04:00)
Ancaq biz müvafiq tədbirlər görürük ki, təhsil müəssisələrində xoşagəlməz hadisələr baş verməsin”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

Nazir xatırladıb ki, heç bir təhsil müəssisəsinin mühafizə adı ilə şagird və valideynlərdən pul yığmağa ixtiyarı yoxdur: “Dəfələrlə demişəm ki, heç kəs məktəbin şagirdindən bu və digər məsələ ilə bağlı pul toplaya bilməz. Bunların hamısı qeyri-qanuni addımlardır. Belə insanlar zaman-zaman atdıqları addımlara görə cavab verirlər və verəcəklər. Azərbaycan dövlətinin kifayət qədər gücü var ki, təhsil müəssisəsini saxlasın”.

M. Mərdanov deyib ki, hazırda Bakıda 10-dan çox məktəb birbaşa Təhsil Nazirliyi ilə bağlıdır. Bu məktəblərin hamısının müvafiq mühafizəsi təmin edilib. Digər məktəblərə isə lazımi vəsait ayrılmadığından mühafizəni hər yerdə istənilən şəkildə təmin etmək mümkün olmayıb: “Bir təhsil müəssisəni bir ay ərzində qorumaq üçün ən azı 3 min manat lazımdır. Bu az vəsait deyil. Həmin məbləği 7 minə vursaq, çox böyük rəqəm alınar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR