Bank Of Baku

Nazir: “Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rektoru ilə bağlı daha ciddi addımlar atılacaq”

Nazir: “Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rektoru ilə bağlı daha ciddi addımlar atılacaq”
# 15 aprel 2010 13:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Tələbələrin təqaüdünü gecikdirdiyinə görə töhmət verilmiş Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rektoru ilə bağlı daha ciddi addımlar atılacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Ali məktəb və texnikum tələbələrinin təqaüdlərinin plastik kartlarla verilməli olduğunu söyləyən nazir bildirib ki, dövlət bu vəsaiti vaxtında ayırır: “Əgər bu vəsaitlər vaxtında tələbələrə çatmırsa, deməli, problem yerlərdə yaranır”.

Qeyd edək ki, M. Mərdanovun əmri ilə tələbələrin təqaüdlərini gecikdirdiyinə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rektoru Xaqani Məmmədova töhmət, tədris və elmi işlər üzrə direktor müavini Mətanət Fərzəliyevaya və baş mühasib Qnyaz Abbasova sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR