Bank Of Baku

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika Elmi Konfransı keçirilib

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika Elmi Konfransı keçirilib
# 15 aprel 2010 13:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetində (ADU) ADU-ya universitet statusunun verilməsinin 10 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika Elmi Konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın təhsil sistemi üçün xarici dillərin tədrisi böyük önəm kəsb edir: “Etiraf etmək lazımdır ki, Azərbaycan qonşu ölkələrlə müqayisədə xarici dillərin tədrisi və mənimsənilməsi sahəsində geri qalır. Doğrudur, gənclər arasında xarici dillərə, xüsusən ingilis dilinə maraq çoxdur. Amma biz bu sahədə uğurlarımızla öyünə bilmərik. Onu da etiraf etməliyəm ki, bu gün təhsilin ayrı-ayrı pillələri arasında sıx rabitə mövcud deyil. Mən hesab edirəm ki, tanınmış alimlərdən ibarət xüsusi qeyri-dövlət qurumu yaratmaq lazımdır ki, onlar orta məktəblərə, bağçalara daimi səfərlər edib, müəllimlər üçün master klasslar təşkil etsin”.

Nazir ADU-nun Bakının bir neçə məktəbini himayəyə götürməsini, universitetin bəzi kafedralarının həmin məktəblərdə yerləşdirilməsini də təklif edib. O deyib ki, orta məktəblərdə xarici dilə həftədə cəmi 2 saat vaxt ayırmaqla dili tam şəkildə öyrətmək mümkün deyil. Bunun üçün qısamüddətli, intensiv kurslar təşkil etmək lazımdır. Hazırda Rusiyanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakının 50 məktəbində intensiv rus dili, “British Consul”un dəstəyi ilə isə bir neçə məktəbdə intensiv ingilis dili kursları təşkil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR