Bank Of Baku

Minskdə MDB-nin iştirakçı dövlətlərinin Könüllülük Təşəbbüsü Beynəlxalq Forumu başlayıb

Minskdə MDB-nin iştirakçı dövlətlərinin Könüllülük Təşəbbüsü Beynəlxalq Forumu başlayıb
# 15 aprel 2010 14:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Minskdə (Belarus) MDB-nin iştirakçı dövlətlərinin Könüllülük Təşəbbüsü Beynəlxalq Forumu başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, forum MDB-nin iştirakçı dövlətlərinin humanitar əməkdaşlıq üzrə ölkələrarası fondunun və Belarusun Təhsil Nazirliyinin dəstəyi ilə “Gənclərin könüllü fəaliyyəti cəmiyyəti” Gənclər İctimai Birliyi tərəfindən keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd könüllük fəaliyyətinin MDB ölkələrinin gənc nəsillərinin aktiv vətəndaş mövqeyinin formalaşdırılması üsulu kimi populyarlaşdırılması, gənclərin ümumbəşəri dəyərlərin inkişafı və möhkəmləndirilməsi prosesinə cəlb olunması, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin tərbiyə olunmasından ibarətdir. Azərbaycanı tədbirdə 7 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir.
Forum aprelin 18-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR