Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Restavrasiyanın nəzəri və təcrübi əsasları” mövzusunda silsilə seminarlara başlayıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Restavrasiyanın nəzəri və təcrübi əsasları” mövzusunda silsilə seminarlara başlayıb
# 15 aprel 2010 15:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Almaniyanın “Remmers” şirkəti ilə qarşılıqlı razılaşma əsasında yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Restavrasiyanın nəzəri və təcrübi əsasları” mövzusunda silsilə seminarlara başlayıb. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, 4 hissədən ibarət seminarların birincisi dünya əhəmiyyətli abidə olan Məhəmməd məscidinin restavrasiyası ilə məşğul olan avstriyalı mütəxəssis E. Pummer, Almaniyadan dəvət edilmiş mütəxəssislər G. Hilbert və D. Şiller tərəfindən aparılıb.
Seminarın gedişində restavrasiya sahəsində elmi yeniliklər və son texniki nailiyyətlər barədə məlumatlar, həmçinin Abşeron şəraitində yerli iqlim, memarlıq və istifadə edilmiş tikinti materiallarının xüsusiyyətləri nəzərə alınmaqla restavrasiya işlərinin aparılması barədə geniş informasiya iştirakçıların diqqətinə çatdırılıb. Seminarlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsi də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR