Bank Of Baku

Təhsil naziri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Təhsil naziri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 15 aprel 2010 15:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov bildirib ki, hazırda “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində 4 azərbaycanlı gənc İtaliyada təhsil alır. İtaliyanın Avropanın ən qədim və böyük ölkələrindən biri olduğunu vurğulayan M. Mərdanov bu ölkə ilə peşə və incəsənət təhsili sahəsində əlaqələrin qurulmasını, hər iki ölkənin təhsil müəssisələri arasında “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsini, paytaxtın bir neçə orta məktəbində xarici dil kimi italyan dilinin tədris olunmasını təklif edib.

Görüşdə bu ilin payızında Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyətinin İtaliyaya səfər etməsi barədə razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR