Bank Of Baku

QHT sektoru üzrə hazırlanan Milli Hesabatın redaksiya şurasının növbəti toplantısı keçirilib - FOTO

QHT sektoru üzrə hazırlanan Milli Hesabatın redaksiya şurasının növbəti toplantısı keçirilib - <font color=red>FOTO</font>
# 15 aprel 2010 17:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası tərəfindən QHT sektoru üzrə hazırlanan Milli Hesabatın redaksiya şurasının növbəti toplantısı keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun sədri Azay Quliyev bildirib ki, Milli Hesabat artıq hazırdır və ekspert-müəlliflərin iştirakı ilə yekun müzakirədən sonra onun çapa göndərilməsi mümkün olacaq. A. Quliyevin sözlərinə görə, hesabat QHT sektorunun tarixini, inkişaf mərhələlərini və mövcud durumunu obyektiv əks etdirən mühüm bir sənəd kimi qiymətləndirilməli və ictimaiyyətə təqdim edilməlidir.

Müzakirələrdə çıxış edən redaksiya şurasının üzvləri, ekspert-müəlliflər Eldar Aslanov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Qubad İbadoğlu, Hafiz Həsənov, Rauf Zeyni və Vahid Qazi hesabatda əks olunan ayrı-ayrı sahələri üzrə öz təklif və qeydlərini bildiriblər.

İclasda qeyd olunub ki, QHT sektorunun fəaliyyətinin on ildən artıq bir dövrü hesabatda hərtərəfli təhlil edilib və bölmələr üzrə zəruri nəticələr çıxarılıb.

İclasda qərara alınıb ki, hesabat ingilis dilinə tərcümə edilərək hər iki dildə ayrıca kitab şəklində nəşr edilsin və ictimaiyyətə təqdim olunsun.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR