Bank Of Baku

Lənkəranda Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş zona seminarı keçirilib

Lənkəranda Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş zona seminarı keçirilib
# 15 aprel 2010 18:48 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Aprelin 15-də Lənkəranda 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş zona seminarı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının meşə mühafizəsi və bərpası müəssisəsinin işçiləri, 1 saylı ərazi üzrə ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Kamal Nəbiyev Beynəlxalq Əmək Təşkilatı tərəfindən (BƏT) hər il 28 aprel gününün Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edildiyini və bu ilki tədbirlərin “ Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması” devizi ilə keçirilməsinin tövsiyə olunduğunu bildirib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının texniki əmək müfəttişi Nadir Muradov “İş yerlərində risklərin qiymətləndirilməsi və onların azaldılması üçün həyata keçirilən qabaqlayıcı tədbirlər”, 9 nömrəli bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Rasim Rəhimov “Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması”, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş texniki əmək müfəttişi Valeh Feyziyev “Ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi haqqında qanunlar, normalar və qaydalar və bu sahədə olan problemlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR