Bank Of Baku

BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri Azərbaycana gəliblər

BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri Azərbaycana gəliblər
# 16 aprel 2010 06:31 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 11-dən başlayan və aprelin 21-dək davam edəcək səfər çərçivəsində “Azərbaycanın Ekoloji Fəaliyyətinin 2-ci İcmalı” sənədinin hazırlanması üçün müvafiq məlumatların toplanılması, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi, sahələrə səfərlər nəzərdə tutulub.

Sənəd ekoloji siyasət, ətraf mühitin maliyyələşdirilməsi, əhalinin məlumatlandırılması, beynəlxalq əməkdaşlıq, atmosfer havası və nəqliyyat, tullantıların idarə edilməsi, su ehtiyatlarının idarə olunması və Xəzər dənizinin problemləri, biomüxtəliflik və meşələrin idarə edilməsi, torpaqların istifadəsi sahələrini əhatə edəcək, “Azərbaycanda Ekoloji Fəaliyyətin 1-ci İcmalı”nın hazırlandığı 2003-cü ildən sonrakı dövrdə ölkədə əldə olunmuş nailiyyətləri əks etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR