Bank Of Baku

Milli QHT Forumu yeni layihə həyata keçirir

Milli QHT Forumu yeni layihə həyata keçirir
# 16 aprel 2010 08:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Milli QHT Forumu (MQF) yeni layihə həyata keçirir. Bu barədə APA-ya MQF-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, aprel ayından etibarən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5 ay müddətində “Dağlıq Qarabağ həqiqətlərinin milli və beynəlxalq QHT-lər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması” adlı layihə həyata keçiriləcək. Bu layihənin, Dağlıq Qarabağ həqiqətlərinin QHT-lər vasitəsilə mütəmadi, ardıcıl, sistemli olaraq beynəlxalq ictimaiyyətə çatdırılmasına yeni stimul verəcəyi və bu istiqamətdə mövcud olan boşluqların aradan qaldırılmasına müsbət təsir göstərəcəyi bildirilir. Bununla yanaşı, MQF-nin ofisində “Dağlıq Qarabağ Mərkəzi”nin yaradılması və bu mərkəz vasitəsilə Dağlıq Qarabağ həqiqətlərinin mütəmadi olaraq beynəlxalq ictimaiyyətə çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR