Bank Of Baku

Yevlaxda məcburi köçkünlər üçün yeni şəhərcik salınır

Yevlaxda məcburi köçkünlər üçün yeni şəhərcik salınır
# 16 aprel 2010 10:35 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA. Yevlaxda məcburi köçkünlər üçün yeni şəhərcik salınır. Yeni yaşayış massivi hər biri 5 girişli 10 ədəd beşmərtəbəli yaşayış binası, 440 yerlik orta məktəb, uşaq bağçası və başqa inzibati tikililərdən ibarət olacaq. Bu barədə APA-nın Qarabağ bürosuna şəhərciyin inşasında iştirak edən «Kolanı İnşaat MMC»nin rəhbəri Nizami Həsənov məlumat verib. Onun sözlərinə görə, yaşayış binalarında 612 ailə məskunlaşdırılacaq. Tikinti işlərinin il ərzində başa çatdırılması nəzərdə tutulub. İnşaat işləri bir neçə tikinti təşkilatı tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR