Bank Of Baku

Müəllif Hüquqları Agentliyinə 270-ə yaxın müraciət daxil olub

Müəllif Hüquqları Agentliyinə 270-ə yaxın müraciət daxil olub
# 16 aprel 2010 11:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin üç ayı ərzində Müəllif Hüquqları Agentliyinə (MHA) 270-ə yaxın müraciət daxil olub. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MHA sədri Kamran İmanov deyib. O bildirib ki, müraciətlərdə qaldırılan məsələlərin əksəriyyətini inzibati yollarla həll etmək mümkün olub: “Agentlikdə ictimai əsaslarla hüquq məsləhətxanası və “qaynar xətt” fəaliyyət göstərir. Müraciətlərin bir qismi əsərlərin qeydiyyata alınması ilə bağlıdır. Hazırda agentlikdə 7000-dən çox əsər qeydiyyata alınıb. Son vaxtlar qeydiyyata alınan əsərlərin çoxu elm və informasiya texnologiyaları ilə bağlıdır. Müəllif Hüquqları Agentliyinin hansısa pozulmuş hüquqları bərpa edə bilməsi üçün mütləq əsərləri qeydiyyatdan keçirmək lazımdır”.

K. İmanovun sözlərinə görə, hazırda agentliyi daha çox informasiya texnologiyaları, proqramlar sahəsində olan piratçılığın səviyyəsi narahat edir: “Bu sahədə piratçılığın səviyyəsi vaxtilə 95 faiz idi, indi 90 faizə enib. Bu faizi daha da aşağı salmaq üçün kompleks tədbirlər həyata keçirmək lazımdır. Hazırda agentlikdə Əqli Mülkiyyət Mərkəzi və rəqəmli şəbəkədə hüquqların “online” idarəetmə sistemi yaradılır. Bu mərkəzlər işə düşəndən sonra piratçılığın səviyyəsi daha da aşağı enəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR