Bank Of Baku

TQDK aprelin 18-də Azərbaycanın 26 şəhərində sınaq imtahanı keçirəcək

TQDK aprelin 18-də Azərbaycanın 26 şəhərində sınaq imtahanı keçirəcək
# 16 aprel 2010 13:18 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün 30994 abituriyent qeydiyyatdan keçib.

İmtahan Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Quba, Ağcabədi, Sabirabad, Salyan, Yevlax, Lənkəran və Astara şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur. Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək.

Məlumata görə, hazırda aprelin 25-də keçiriləcək sınaq imtahanına yazılış davam edir. Aprelin 18 və 25-də sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.
Növbəti sınaq imtahanları isə mayın 16-da olacaq. Həmin sınaq imtahanına yazılışla bağlı məlumat TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR