Bank Of Baku

Səbail rayon icra hakimiyyətində 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas keçirilib

Səbail rayon icra hakimiyyətində 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas keçirilib
# 16 aprel 2010 13:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Səbayel rayon İcra Hakimiyyətində Səbail rayonunda 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas keçirilib. APA-nın xəbərinə görə, iclasda açan Səbayel rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib. İcra başçısı deyib ki, 2010-cu ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 57,4 milyon manatlıq sənaye məhsulu göndərilib və ya xidmətlər göstərilib: “Nəqliyyat müəssisələri tərəfindən 107,1 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 27,6 % çox nəqliyyat, rabitə müəssisələri tərəfindən 172,9 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 19,3 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına 536,5 milyon manat məbləğində investisiyalardan istifadə edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 50,6 % çoxdur. Rayonda çalışan işçilərin sayı 83300 nəfər, orta aylıq əmək haqqının məbləği isə 767,1 manat olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR