Bank Of Baku

DSMF: Əmək müqavilələrinin bağlanmamasına işçilərin öz hüquqlarını bilməməsi də təsir göstərir

DSMF: Əmək müqavilələrinin bağlanmamasına işçilərin öz hüquqlarını bilməməsi də təsir göstərir
# 16 aprel 2010 13:37 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, bu gün bir sıra hallarda işçilərlə əmək müqavilələrinin bağlanmamasına, yaxud əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsinə işçilərin öz hüquqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən işəgötürənlə işçi arasında “Əmək müqaviləsi” tərtib olunarkən işçi dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir.

Bu o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanması zamanı son dərəcə diqqətli olmalı və “Əmək müqaviləsi” tərtib edilərkən işəgötürən tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin dəqiq göstərilməsinə çalışmalıdırlar. Ölkədə işləyənlərin sosial müdafiəsi məcburi sosial sığortalanması əsasında aparıldığına görə təyin edilən sosial ödənişlərin miqdarı sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Buna görə də şəxs işləməyə başlayarkən mütləq “Əmək müqaviləsi” imzalamalı və aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalıdır. İşçi işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

Bununla sosial sığortaolunan şəxslər həm də qanunvericiliyin verdiyi üstünlüklərdən bəhrələnmək imkanı əldə edirlər. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilən şəxslər sosial risklərlə qarşılaşdıqda (əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və s.) sosial sığorta ödəmələrini almaq hüququna malik olurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR