Bank Of Baku

Azərbaycanda kənd yerindəki təhsil müəssisələrinə işə düzələn gənc mütəxəssislərə torpaq sahəsi və ipoteka krediti ayrılacaq

Azərbaycanda kənd yerindəki təhsil müəssisələrinə işə düzələn gənc mütəxəssislərə torpaq sahəsi və ipoteka krediti ayrılacaq
# 16 aprel 2010 13:55 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya veriləcək. Həmçinin, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstəriləcək.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına ayda 70 manat məbləğində əlavə ödəniləcək. Dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım veriləcək.

Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyi hər il iyul ayının 1-dən gec olmayaraq, növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək kontingentin sayını müəyyənləşdirməli və bu barədə Maliyyə Nazirliyini məlumatlandırmalıdır.

Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin dövlət büdcəsinin «Yerli xərclər»inin «Təhsil xərcləri» bölməsinin müvafiq xərc yarımmaddələri hesabına ödənilməsi təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR