Bank Of Baku

“İçərişəhər bəşəri mədəni irsdir” mövzusunda elmi-praktik konfrans keçirilib

“İçərişəhər bəşəri mədəni irsdir” mövzusunda elmi-praktik konfrans keçirilib
# 16 aprel 2010 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar “İçərişəhər bəşəri mədəni irsdir” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev deyib ki, cəmi 22 hektar ərazini əhatə edən İçərişəhərdə 4 dünya, 28 ölkə, 500-ə yaxın yerli əhəmiyyətli abidə var.

2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə qoruq idarəsinin yarandığını xatırladan S. Nuriyev bildirib ki, hazırda əsas vəzifə İçərişəhərin qorunması, tədqiqi və təbliğindən ibarətdir: “Hazırda İçərişəhərin restavrasiyası və konservasiyası üzrə baş plan həyata keçirilir. Plan çərçivəsində ötən il Qız qalasının fasadının vəziyyəti qiymətləndirildi və bərpa işlərinə başlandı. Bu istiqamətdə işlər davam edəcək. XI əsr abidəsi olan Məhəmməd məscidində də bərpa işləri başlanıb. Konservasiyanın ilin sonunadək başa çatması planlaşdırılır”.

S. Nuriyevin sözlərinə görə, 1 ildən çoxdur İçərişəhərdə yol örtüklərinin dəyişdirilməsinə başlanılıb: “İçərişəhərdə əsas problemlərdən biri olan kanalizasiya və su xətlərinin əsaslı təmiri aparılır. Bununla yanaşı, elektrik və telefon xətlərinin fasadlardan götürülərək yerin altına salınması işləri həyata keçirilir. Mərhələ-mərhələ bu problemlərin kompleks həllinə nail olmağa çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR