Bank Of Baku

Neft Akademiyasının tələbələri “Azersun Holding”in Bura Vətəndir” aksiyasına qatılıblar - FOTO

Neft Akademiyasının tələbələri “Azersun Holding”in Bura Vətəndir” aksiyasına qatılıblar -<font color=red> FOTO</font>
# 16 aprel 2010 15:07 (UTC +04:00)
Bakı – APA. “Azersun Holding” Şirkətlər Qrupunun Şuşa Musiqili Dövlət Dram Teatrı və Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə birgə həyata keçirdiyi “Bura vətəndir” aksiyasının növbəti iştirakçıları Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri olub.
APA-nın məlumatına görə, ötən ildən start verilən aksiyada işğalda olan şəhərlərimiz, mədəniyyət abidələrimiz barədə fotosərgi də nümayiş olunur.
Teatr truppasının ifasında səhnələşdirilən milli vətənpərvər ruhlu tamaşalar, aksiya iştirakçıları tərəfindən maraqla qarşılanıb. Gənclərdə milli təfəkkürün formalaşması istiqamətində keçirilən aksiya artıq 6 universitetlə yanaşı, Bərdə rayonunda da keçirilib.
Teatrın repertuarında Cəlil Məmmədquluzadənin “Kamança”, yazıçı Elçin Əfəndiyevin “Şuşa dağlarını duman bürüdü” və Şuşa Dövlət Musiqili Dram Teatrının truppa rəhbəri Enurə Abdullayevanın “Ağ qayıq” əsərinə səhnələşdirilmiş tamaşalar nümayiş etdirilir.
Aprelin 15-də “Azersun Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən növbəti tədbirdə “Ağ qayıq” tamaşası nümayiş etdirilib. “Bura vətəndir” aksiyanın əsas məqsədi gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR