Bank Of Baku

Azərbaycandakı hemofiliyalı xəstələrin 50 faizini məktəbəqədər və məktəbyaşlı uşaqlar təşkil edir

Azərbaycandakı hemofiliyalı xəstələrin 50 faizini məktəbəqədər və məktəbyaşlı uşaqlar təşkil edir
# 16 aprel 2010 15:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 17 aprel - Dünya Hemofiliya Günü ilə bağlı açıqlama yayıb. Assosiasiyanın sədri Gülnarə Hüseynova APA-ya bildirib ki, dünyanın 118 ölkəsində qeyd olunan Dünya Hemofiliya Günü Azərbaycanda 11 ildir keçirilir. Hazırda Azərbaycanda Elmi-Praktik Hemofiliya Mərkəzində 1328 nəfər rəsmi qeydiyyatdadır. Bunların 50 faizini məktəbəqədər və məktəbyaşlı uşaqlar təşkil edir. Hemofiliya irsi qan xəstəliyindən adətən oğlan uşaqları əziyyət çəkir. Statistikaya görə, hemofiliyalı insanlar Şirvan və Gəncəbasar regionunda daha çoxluq təşkil edir. G. Hüseynovanın sözlərinə görə, 2006-cı ildən hemofiliyalı vətəndaşlar Dövlət Proqramı çərçivəsində keyfiyyətli müalicə üçün dərman preparatları ilə təmin olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR