Bank Of Baku

Ombudsman Aparatında keçirilən görüşdə əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının hüquqları müzakirə edilib

Ombudsman Aparatında keçirilən görüşdə əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının hüquqları müzakirə edilib
# 16 aprel 2010 16:14 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyinin sədri Ramiz Behbudovu və həmin birliyin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyası üzrə layihə rəhbəri Vaqif Həsənovu onların xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmira Süleymanova əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının, o cümlədən əlillərin hüquqlarının müdafiəsini və təminini daim diqqətdə saxladığını, əlillərin hüquqları üzrə ixtisaslaşmış müşavirinin fəaliyyət göstərdiyini bildirib. Görüşdə birgə əməkdaşlığın vacibliyi vurğulanıb, bu istiqamətdə gələcək qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib. Tərəflər Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) uğurla icra olunduğu, bu sənəddə əhalinin müxtəlif qruplarının, həmçinin əlillərin hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin, geniş maarifləndirmə işinin aparılmasının nəzərdə tutulduğu qeyd ediblər. MFP-nin icrası məqsədilə müvafiq İşçi qrupuna rəhbərlik edən Müvəkkilin 31 icraçı dövlət qurumu, bir sıra QHT-lər, eyni zamanda əlil təşkilatları ilə birgə mütəmadi olaraq toplantılar keçirdiyi vurğulanıb, Planın daha səmərəli tətbiqi üçün alt qrupların da yaradıldığı, ölkənin bütün regionlarını əhatə etməklə ictimai dinləmələrin təşkil edildiyi diqqətə çatdırılıb. Qonaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqların, habelə ruhi xəstələrin hüquqlarının müdafiəsinin təmsil etdikləri qurumun fəaliyyətində mühüm yer tutduğunu söyləyib, Ombudsmanın bu kateqoriyadan olanların şəxslərin hüquqlarının təmini sahəsində fəaliyyətini yüksək dəyərləndiriblər. Onlar Müvəkkillə əməkdaşlığın önəmli olduğunu vurğulayıb, ətraflı məlumat, fikir mübadiləsi, səmərəli təkliflər və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi üçün təşəkkür ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR